PSJ “Barselona”nın gənc ulduzunu ələ keçirmək istəyir

PSJ “Barselona”nın gənc ulduzunu ələ keçirmək istəyir
29.10.2026 08:20 İdman

“Barselona” İspaniya millisinin 23 yaşlı hücumameyilli yarımmüdafiəçisi Fermin Lopeslə bağlı transfer təkliflərini nəzərdən keçirir.

TodayPress TV xəbər verir ki, bu barədə “Caught Offside” sosial şəbəkələrin “X” platformasında məlumat yayıb.

Bildirilib ki, Kataloniya təmsilçisi futbolçunu satmağı planlaşdırmır. Lakin maliyyə problemləri səbəbindən təxminən 100 milyon avro qarşılığında onunla yollarını ayırmağa hazırdır.

Fermin Lopeslə “Çelsi” və PSJ maraqlanır. Paris təmsilçisinin futbolçu üçün rəsmi təklif hazırladığı bildirilir.

Qeyd edək ki, Lopes 2025-ci ilin yayında “Çelsi”yə keçmək variantından imtina edərək “Barselona”da qalmağa qərar verib. O, həmin ilin fevralında Kataloniya təmsilçisi ilə müqaviləsini 2031-ci ilin yayına qədər uzadıb.

23 yaşlı yarımmüdafiəçi 2023-cü ildən “Barselona”nın əsas komandasında çıxış edir. Bu müddətdə 148 oyuna çıxan Lopes 37 qol vurub və 32 məhsuldar ötürmə verib.

Transfermarkt portalında futbolçunun təxmini bazar dəyəri 110 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
29 OKTYABR 2026
Bütün Xəbərlər