Bakı sakinlərinə XƏBƏRDARLIQ: Sabah bu ərazilərdə işıq olmayacaq

Bakı sakinlərinə XƏBƏRDARLIQ: Sabah bu ərazilərdə işıq olmayacaq
28.10.2026 23:31 Sosial

Sabah Bakının Yasamal və Xətai rayonlarının, həmçinin Abşeron rayonunun bəzi ərazilərinə elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.

TodayPress TV xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Qeyd olunub ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, enerji itkilərinin minimuma endirilməsi məqsədilə oktyabrın 29-da Yasamal, Xətai və Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidməti ərazilərində təmir işləri aparılacaq.

Yasamalda Transformator Məntəqəsində (TM) görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Dadaş Bünyadzadə, Kazım Kazımzadə, Ümid Əkbərov, Vasif Əliyev küçələri, həmçinin Hüseyn Cavid və İnşaatçılar prospektlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Xətai rayonunda TM-də həyata keçiriləcək təmir-təftiş və sınaq işləri zamanı Xocalı prospekti, Sergey Senyuşkin və Yusif Səfərov küçələrinin bəzi ərazilərində saat 10:00-dan 14:00-dək enerjinin verilişində qısamüddətli fasilə yaranacaq.

Abşeron RETSİ ərazisində yerləşən 110/35/10 kV-luq 137 saylı yarımstasiyada təmir işləri yerinə yetiriləcək. Beləliklə, saat 10:00-dan 16:00-dək 35/6 kV-luq "Pirkəşkül", "Çaylı" və "Cəngi" yarımstansiyaları, həmçinin "Pirəkəşkül" yarımstansiyasından çıxan bir sıra 6 kV-luq hava xətləri, eləcə də Çaylı, Cəngi və Təzəkənd kəndləri müvəqqəti olaraq gərginliksiz qalacaq.

Görüləcək işlər həm də elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılmasına, eləcə də artan yük tələbatının qarşılanmasına xidmət edəcək.

XƏBƏR LENTİ
29 OKTYABR 2026
Bütün Xəbərlər