Zaxarova Paşinyanı Rusiya ilə bağlı açıqlamalarına görə tənqid edib

Zaxarova Paşinyanı Rusiya ilə bağlı açıqlamalarına görə tənqid edib
28.10.2026 22:39 Dünya

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanı Rusiyaya münasibətdə “metropoliya” terminindən istifadə etdiyinə görə qınayıb.

TodayPress TV-nin “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, Zaxarova bu barədə həftəlik brifinq zamanı danışıb.

“İrəvanın bəyanatları Rusiyanı öz problemlərində günahlandırmaqla bağlı Avropanın ‘ən yaxşı’ təcrübələrinin nümunəsidir. Moskvanın Ermənistanı quberniyaya çevirmək istədiyi barədə sözlər Avropa İttifaqının xoşuna gəlməyə yönəlib”, – deyə Zaxarova bildirib.

Onun sözlərinə görə, Ermənistanın hakim dairələrinin nümayəndələri ölkənin Avropa İttifaqına üzvlük kursunun perspektivsiz olduğunu etiraf edirlər, lakin açıq şəkildə müvafiq nəticələr çıxarmırlar.

Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) mümkün çıxışını şərh edən diplomat vurğulayıb ki, İrəvanın Moskvaya qarşı yeni ittihamları məsələnin mahiyyəti ilə bağlı konkret təkliflərlə müşayiət olunmayıb. Söhbət Ermənistanın bundan sonra hansı istiqaməti seçəcəyindən gedir.

Daha əvvəl Nikol Paşinyan Ermənistanın Aİİ ilə münasibətlərini çağırış adlandırmışdı. Baş nazir hökumətin iqtisadi əlaqələrin şaxələndirilməsi siyasəti apardığını qeyd etmiş və bunu ölkənin suverenliyinin və müstəqilliyinin möhkəmləndirilməsi ilə əlaqələndirmişdi.

Gültac Mehdizadə

XƏBƏR LENTİ
29 OKTYABR 2026
Bütün Xəbərlər