Ukrayna mövqeyini Aİ ilə razılaşdırdı: ABŞ elçiləri Putinin qapısını döyəcək?

Ukrayna mövqeyini Aİ ilə razılaşdırdı: ABŞ elçiləri Putinin qapısını döyəcək?
10.11.2026 01:20 Dünya

ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Əbu-Dabidə üçtərəfli məsləhətləşmələrdən sonra Rusiya rəhbərliyi ilə görüşmək üçün bu ölkəyə səfər edə bilərlər.

TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, amerikalı nümayəndələr Rusiyada Prezident Vladimir Putinlə görüşə bilərlər.

Qeyd edək ki, Ukrayna ilə bağlı Əbu-Dabi danışıqları noyabrın 10-11-də keçiriləcək.

“Financial Times” qəzetinin noyabrın 9-da yaydığı məlumata görə, Fransa, Almaniya və Böyük Britaniyanın milli təhlükəsizlik üzrə müşavirləri, eləcə də Avropa Komissiyası sədrinin və NATO-nun baş katibinin aparat rəhbərləri danışıqların ayrı-ayrı mərhələlərində iştirak edəcəklər.

Qiymət Mahir

XƏBƏR LENTİ
10 NOYABR 2026
Bütün Xəbərlər