Ukrayna AÇIQLADI: 9 may paradını vuracaq
Ukrayna Silahlı Qüvvələri 9 mayda atəşkəsə əməl etməyəcək.
TodayPress TV xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müşaviri Sergey Stepanenko məlumat verib.
“Ruslar atəşkəsi pozaraq Ukraynaya bir sıra hücumlar etdilər. Bu hərəkətlər Vladimir Putinin 9 may üçün elan etdiyi atəşkəsi ləğv edir”, - Stepanenko bildirib.
Qeyd edək ki, Rusiya Qələbə gününə görə 8 və 9 may tarixləri üçün birtərəfli qaydada atəşkəs elan edib. Ukrayna isə atəşkəsə 6 maydan başlanılması barədə qərarını elan edib.
Bu gün Rusiya Ukrayna tərəfinin elan etdiyi atəşkəsə məhəl qoymadan hücuma keçib.