Türkiyəyə qurulan illərin məşhur bank tələsi suya düşdü - Xitam verildi
ABŞ-də federal məhkəmə Türkiyənin dövlət bankı “Halkbank”la bağlı cinayət işini dayandırıb.
TodayPress TV xəbər verir ki, qərar ABŞ Ədliyyə Nazirliyi ilə bank arasında əldə olunan razılaşmadan sonra qəbul edilib.
Qeyd edək ki, 2019-cu ildə irəli sürülən ittihamda “Halkbank”ın İrana qarşı tətbiq olunan ABŞ sanksiyalarından yayınmağa kömək etdiyi iddia olunurdu.
Razılaşma Donald Tramp administrasiyası dövründə əldə edilib. Sənədə əsasən, cinayət təqibinə bankın günahı etiraf etməsi və cərimə ödəməsi olmadan xitam verilib. Bununla yanaşı, “Halkbank”a uyğunluq nəzarəti tədbirləri və İranla bağlı əməliyyatlara müəyyən məhdudiyyətlər tətbiq olunacaq.