Türkiyədə TIR-la mikroavtobus toqquşdu, ölənlər var
Türkiyənin Van-Özalp avtomobil yolunda TIR-la mikroavtobusun toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress TV xəbər verir ki, ilkin məlumata görə, qəza nəticəsində 7 nəfər həyatını itirib, 7 nəfər isə yaralanıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım, polis, jandarma, AFAD və UMKE qrupları cəlb olunub.
Həmçinin Özalp, Erçek və İpekyolu yanğınsöndürmə bölmələrinin əməkdaşları hadisə yerinə göndərilib.
Aysel Mətləb