Türkiyədə təyyarə qəzasında həlak olan generalların nəşi Liviyaya göndərildi

Dünya

27.12.2025 15:51

Türkiyənin Ankara əyalətində baş verən təyyarə qəzasında həlak olan Liviya nümayəndə heyətinin üzvlərinin nəşləri Liviyaya göndərilib.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Mürted Hərbi Hava Bazasında vida mərasimi keçirilib. Mərasimdə Türkiyənin müdafiə naziri Yaşar Güler, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Səlcuq Bayraktaroğlu və digər yüksək rütbəli hərbçilər iştirak ediblər.

Liviyanın Milli Razılıq Hökumətinin baş naziri Əbdülhəmid Dbeybahın bildirdiyinə görə, Liviya Ordusunun Baş Qərargah rəisi Məhəmməd əl-Həddad və onu müşayiət edən şəxslər Ankaradan havaya qalxdıqdan qısa müddət sonra təyyarənin radarlardan itməsi və qəzaya uğraması nəticəsində həlak olublar. Hadisə ilə bağlı Ankara Baş Prokurorluğu araşdırma aparır.

Təyyarədə ümumilikdə beş nəfər olub. Liviya mediasının məlumatına görə, digər sərnişinlər də yüksək vəzifəli hərbi rəsmilər olub.

Türkan İsgəndərli

TodayPress TV

tag: Türkiyə,Liviya,MN,Ordu,Todaypress.tv,