ABŞ-nin cavabı İranı qane etmədi

ABŞ-nin cavabı İranı qane etmədi
03.11.2026 18:47 Dünya

İran hakimiyyəti vəziyyətin normallaşmasına başlamaq üçün yerinə yetirilməli olan Tehranın tələblərinə ABŞ-nin verdiyi cavabı qəbuledilməz hesab edir.

TodayPress TV xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai "X" sosial şəbəkəsində yazıb.

“ABŞ-nin İranın hüquq və tələblərinə verdiyi cavab inandırıcı deyil. ABŞ İranın yeddi şərtinə tam və aydın şəkildə cavab verməli, onları yerinə yetirməlidir. Yalnız bundan sonra Hörmüz boğazı açılacaq”, – deyə o qeyd edib.

Aysel Mətləb

XƏBƏR LENTİ
03 NOYABR 2026
Bütün Xəbərlər