Moskvaya gedəcək, yoxsa Putini gətirəcək? - Zelenski təklifləri "dağıdıcı" adlandırdı

Moskvaya gedəcək, yoxsa Putini gətirəcək? - Zelenski təklifləri "dağıdıcı" adlandırdı
03.11.2026 18:26 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin Kiyevə dəvət edilməsi təklifini dağıdıcı hesab edir.

TodayPress TV xəbər verir ki, prezident Rusiya tərəfinin belə bir dəvəti qəbul etməyəcəyinə, telefon danışığının isə tərəfləri müharibənin başa çatdırılması ilə bağlı razılaşmalara yaxınlaşdırmayacağına əmindir.

“Putini Kiyevə dəvət etməyin mənası yoxdur, çünki onlar gəlməyəcəklər. Gəlməmələri üçün dəvət etmək dağıdıcı addımdır. Eynilə məni Moskvaya dəvət etmək kimi”, - deyə Zelenski bildirib.

Ukrayna liderinin sözlərinə görə, müharibənin başa çatdırılması ilə bağlı razılaşmalara nail olmaq üçün tərəflər görüşməli, danışıqlar aparmalı və atəşkəsə doğru ilk addımı atmalıdırlar.

Aysel Mətləb

XƏBƏR LENTİ
03 NOYABR 2026
Bütün Xəbərlər