Tramp və Zelenskinin Floridada görüşü gözlənilir

Dünya

27.12.2025 13:36

ABŞ rəsmiləri ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında 28 dekabr Floridada keçiriləcək görüşün məhsuldar olacağına ümid edirlər.

TodayPress TV xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Bu gözlənti ABŞ və Ukrayna nümayəndələrinin bir həftəlik intensiv danışıqlarından sonra formalaşıb.

Görüşün konkret məqsədi açıqlanmasa da, Zelenski müharibəyə son qoymaq üçün çərçivə sazişi imzalamaq istədiyini bildirib.

Amerika və Avropa rəsmilərinin sözlərinə görə, görüşdə Avropa liderlərinin iştirakı gözlənilmir. Avropalı rəsmilər həmçinin qeyd ediblər ki, Ukrayna tərəfi aylardır Zelenski ilə Tramp arasında görüşün baş tutmasına çalışır.

Avropa rəsmiləri ABŞ-Ukrayna münasibətlərindəki mövcud dinamikanı müsbət qiymətləndirsələr də, Tramp ilə istənilən görüşün nəticəsinin öncədən proqnozlaşdırılmasının çətin olduğunu bildiriblər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Zelenski,Tramp,Florida,Müharibə,Todaypress.tv,