Tramp Sin Pi ilə qol güləşinə çıxdı, amma gücü çatmadı - VİDEO
Dünya
14.05.2026 10:12
ABŞ Prezidenti Donald Tramp Çinə rəsmi səfəri çərçivəsində Böyük Xalq Zalında Çin lideri Si Cinpin ilə görüşüb.
TodayPress TV xəbər verir ki, görüş zamanı diqqətçəkən hadisə yaşanıb.
Belə ki, Tramp Si Cinpinlə əl sıxarkən əlini çəkməyə cəhd göstərib, lakin Çin lideri onun əlini buraxmayıb.
Bu bir müddət davam edib.
Bu məqam kameralar qarşısında geniş müzakirə mövzusuna çevrilib. Trampın “xarakterik” əl sıxma tərzi (əlini çəkərək üstünlük nümayiş etdirmək) bu dəfə cavabsız qalmayıb.
Bu epizod simvolik məna daşıyır. Trampın əl sıxma tərzi uzun illərdir onun dominantlıq və nəzarət göstərmək istəyini simvolizə edirdi. Si Cinpinin əlini buraxmaması isə Çinin bu görüşdə passiv qalmayacağını, öz mövqeyini qətiyyətlə müdafiə edəcəyini göstərən güclü jest kimi qiymətləndirilir.
Diplomatik dillə desək, bu “əl savaşı” iki supergüc arasında gərgin iqtisadi, texnoloji və geosiyasi rəqabətin fonunda baş tutan görüşün tonunu müəyyənləşdirir: heç bir tərəf asanlıqla güzəştə getməyə hazır deyil. Görüşün nəticələri ticarət, Tayvan və texnologiya sahəsindəki gərginliklərin azaldılması baxımından önəmli olacaq.
Jalə Rövşən
tag: Si Cinpin,Pekin ,Donald Tramp,ABŞ,Todaypress.tv,
