Tramp Səudiyyə ilə bağlı əmin danışdı - “Hər şey düzələcək”
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında gəmiçiliklə bağlı yaranmış vəziyyətin yaxın zamanda nizamlanacağını bildirib.
TodayPress TV xəbər verir ki, Tramp bunu Dublində İrlandiya Prezidenti Ketrin Konnolli ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
Səudiyyə Ərəbistanında vəziyyətin və bölgədə gəmi hərəkətinin bərpa olunması ilə bağlı suala cavab verən Tramp “Hər şey mütləq yoluna düşəcək” deyə bildirib.
ABŞ liderinin açıqlaması Yəməndə husilərin fəaliyyətinin artdığı və Səudiyyə Ərəbistanının neft infrastrukturuna zərbələr endirildiyi bir vaxtda səslənib.