Tramp şərtini qoydu: Ya razılaşacaqlar, ya da..

Dünya

06.05.2026 20:30

ABŞ Prezidenti Donald Tramp Tehranla potensial sazişə yaxınlaşdıqlarını və İran müharibəsinin başa çatması üçün “çox yaxşı şans” olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə o, “PBS News”a müsahibəsində danışıb.

"Əgər razılaşsalar, hər şey bitəcək. Razılaşmasalar, bombalayacağıq", - deyə Tramp vurğulayıb.

Amerika lideri, həmçinin iddia edib ki, istənilən saziş İranın yüksək dərəcədə zənginləşdirilmiş uranının ABŞ-yə göndərilməsini tələb edəcək. O, danışıqların çox yaxın bir mərhələdə olduğunu qeyd edib.

Tramp, eyni zamanda ABŞ və İranın mayın 14-nə qədər saziş bağlaya biləcəyini istisna etməyib.

Aysel Mətləb

TodayPress TV

tag: Tramp,İran,ABŞ,Saziş,TodayPress TV,