Tramp İranla razılaşmadan sonrakı planlarını AÇIQLADI

Tramp İranla razılaşmadan sonrakı planlarını AÇIQLADI
18.06.2026 00:10 Dünya

ABŞ İranla müharibənin başa çatdırılmasına dair razılaşmalar fonunda "İbrahim sazişləri" iştirakçılarının sayını artırmağı nəzərdə tutur.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Fransada "Böyük Yeddilik" ("G7") sammitində iştirakının yekunlarına dair mətbuat konfransında bildirib.

Amerika lideri qeyd edib ki, "İbrahim sazişləri"nin genişləndirilməsi əldə olunmuş razılaşmaların gözlənilən nəticələrindən biridir.

Onun sözlərinə görə, Vaşinqton, ilk növbədə, Səudiyyə Ərəbistanını bu sazişlərdə görmək istərdi.

"Düşünürəm ki, əgər Səudiyyə Ərəbistanı digərlərini öz arxasınca aparsa, o zaman özünə böyük yaxşılıq etmiş olar", - Tramp deyib.

O həmçinin qeyd edib ki, bir sıra ərəb dövlətləri artıq "İbrahim sazişləri"nə qoşulub və regional böhranlara baxmayaraq, heç biri oradan çıxmayıb.

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUN 2026
Bütün Xəbərlər