Tramp İrana qarşı yeni zərbələr ehtimalını gündəmə gətirdi

Dünya

12.12.2025 12:00

ABŞ Prezidenti Donald Tramp, ölkə rəhbərliyi Vaşinqtonla razılığa gəlməsə və raket proqramını həyata keçirməyə davam edərsə, ABŞ-nin İrana yenidən zərbə endirə biləcəyini irəli sürüb.

TodayPress TV xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərlə görüş zamanı bildirib.

Tramp ABŞ ordusunun Fordo, Nətənz və İsfahandakı İranın nüvə obyektlərinə zərbə endirməməsi halında Yaxın Şərqdə nizamlanmanın əldə olunmayacağı nəzəriyyəsini bir daha təkrarlayıb.

"İran nüvə proqramını davam etdirməyə cəhd edə bilər. Onların bərpası uzun müddət çəkəcək, amma bizimlə razılaşmadan bərpa olmaq istəsələr, biz onları məhv edəcəyik. Biz onların raketlərini çox tez də məhv edə bilərik", - deyə Ağ Ev lideri vurğulayıb.

Xatırladaq ki, noyabrın əvvəlində İranın xarici işlər naziri Abbas Əraqçi "Əl-Cəzirə" telekanalına verdiyi müsahibədə bildirib ki, İran rəhbərliyi uranı dinc məqsədlər üçün zənginləşdirməyə davam etmək niyyətindədir və raket proqramının gələcəyini müzakirə etməkdən imtina edir. O qeyd edib ki, heç bir sağlam düşüncəli insan onun hərbi komponentindən imtina etməyə razı olmaz.

Aysel Mətləb

TodayPress TV

tag: Tramp,İran,Zərbə,Gündəm,Todaypress.tv,