Tramp İrana bir qəpik də verməyəcək - 300 milyard kimin cibindən çıxacaq?
ABŞ Prezidenti Donald Tramp, İranla bağlı danışıqlar çərçivəsində 300 milyard dollarlıq fond yaradılacağı barədə iddiaları təkzib edib.
TodayPress TV xəbər verir ki, o, bunu mətbuat konfransında deyib.
“Xeyr, bu, yalandır. Biz investisiya qoymuruq. İnsanlar istəsələr, özləri qərar verə bilərlər, amma bu, onların işidir. Mən deməliyəm ki, heç kim heç vaxt heç bir ölkəyə investisiya qoya bilməz?",- müxbirin “Sazişdə İran üçün 300 milyard dollarlıq fond nəzərdə tutulur” iddiasını səsləndirməsinə cavab olaraq Tramp bildirib.
Jalə Rövşən