Tramp Ermənistan-Azərbaycan sülhünü özünün uğuru kimi təqdim etdi

Dünya

21.01.2026 13:18

ABŞ Prezidenti Donald Tramp yayımlanan rəsmi açıqlamada Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə olunması onun administrasiyasının əsas nailiyyətlərindən biri kimi təqdim olunub.

TodayPress TV xəbər verir ki, bu barədə Trampın hakimiyyətə qayıdışının bir ilinin tamam olması ilə bağlı “Ağ Ev” tərəfindən yayımlanan rəsmi açıqlamada məlumat verilib.

Tramp cəmi 365 gün ərzində müasir tarixdə prezidentlik müddətinin ən uğurlu ilk ilinə imza atıb

Açıqlamada bildirilib ki, Tramp bir il əvvəl ölkənin rifahını bərpa etmək, sərhədlərin təhlükəsizliyini təmin etmək, Amerikanın gücünü möhkəmləndirmək və ABŞ xalqının maraqlarını prioritet etmək üçün güclü mandatla hakimiyyətə qayıdıb.

Məlumata görə, Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə olunması bu siyahıda 143-cü nailiyyət kimi qeyd olunub.

Aysel Mətləb

TodayPress TV

tag: ABŞ ,Tramp ,Ermənistan,Azərbaycan ,Todaypress.tv,