Tramp "Binance"in keçmiş rəhbərini əfv etdi

Tramp "Binance"in keçmiş rəhbərini əfv etdi
23.10.2025 22:40 Dünya
ABŞ prezidenti Donald Tramp "Binance" kriptovalyuta birjasının keçmiş baş direktoru Çanqpen Çjaonun əfv edilməsi haqqında fərman imzalayıb.

TodayPress TV-nin  məlumatına görə, bu barədə "The Wall Street Journal" qəzeti xəbər verib.

Əfv fərmanı oktyabrın 22-də ABŞ prezidenti tərəfindən imzalanıb. Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib ki, Tramp "kriptovalyuta ilə müharibə çərçivəsində Bayden administrasiyası tərəfindən mühakimə olunan Çjaonu əfv etməklə öz konstitusiya səlahiyyətlərini həyata keçirib".

"Bayden administrasiyasının kriptovalyutalarla mübarizəsi başa çatıb", - deyə K.Livitt qeyd edib.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər