Ukrayna tətilə gedən uşaqların avtobusunu vurdu - DƏHŞƏTLİ HADİSƏ

Ukrayna tətilə gedən uşaqların avtobusunu vurdu - DƏHŞƏTLİ HADİSƏ
17.06.2026 15:31 Dünya
Rusiyanın Bryansk vilayətində uşaq futbol komandasını daşıyan avtobusa pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb.
TodayPress TV xəbər verir ki, Rusiya İstintaq Komitəsinin sözçüsü Svetlana Petrenko avtobusda ümumilikdə 44 sərnişin olduğunu bildirib. Onlardan 28-i uşaq olub.
Məlumata görə, uşaq futbol komandası Qomel şəhərindən yola düşərək Gelendjik şəhərinə istirahətə gedirmiş. Hadisə Bryansk vilayəti ərazisində yerləşən A240 magistral yolunda baş verib. İdmançıları daşıyan avtobusa pilotsuz uçuş aparatının dəydiyi bildirilir.
Hücum nəticəsində bir qadın həyatını itirib. Yaralanan altı nəfər arasında dörd uşağın olduğu qeyd edilir.
Rəsmi Rusiyanın məlumatına görə, avtobusda olan digər uşaqların yaxın vaxtlarda evlərinə qaytarılması planlaşdırılır. Faktla bağlı terror aktı maddəsi ilə cinayət işi açılıb. Ukrayna isə hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
XƏBƏR LENTİ
17 IYUN 2026
Bütün Xəbərlər