"Tasnim": ABŞ və İran arasındakı memorandum sənədi qeyri-dəqiqdir

"Tasnim": ABŞ və İran arasındakı memorandum sənədi qeyri-dəqiqdir
17.06.2026 18:10 Dünya

İranın "Tasnim" agentliyi ABŞ və İran arasında imzalanacaq anlaşma memorandumunun sızdırılmış variantını tənqid edib.

TodayPress TV xəbər verir ki, agentlik bu barədə Tehranın danışıqlar qrupuna yaxın olan mənbəyə istinad edərək məlumat yayıb.

Bildirilib ki, bu variantda çoxsaylı qeyri-dəqiqliklər mövcuddur və bəndlərdə yazılanlar mühüm sahələrdə natamamdır.

Məsələn, "Bloomberg" tərəfindən təqdim olunan Hörmüz boğazındakı vəziyyətlə bağlı bəndlər xüsusilə "qeyri-dəqiqdir" və bir neçə açar söz çatışmır.

Xatırladaq ki, İranın xarici işlər naziri Abbas Əraqçi də bu anlaşma memorandumu haqqında sızdırılmış fərziyyələri rədd edib. O bildirib ki, cümə günü - 19 iyun keçiriləcək imzalama mərasimindən sonra layihənin dəqiq mətni dərc olunacaq.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUN 2026
Bütün Xəbərlər