TARİXİ AN: ABŞ–İran sülh sənədi imzalanmaq üzrədir

TARİXİ AN: ABŞ–İran sülh sənədi imzalanmaq üzrədir
06.05.2026 14:29 Dünya

Pakistanın vasitəçilik etdiyi ABŞ–İran danışıqları müharibəni bitirəcək sənədin imzalanması ilə yekunlaşmaq üzrədir.

TodayPress TV   xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Qeyd edilib ki, tərəflər müvəqqəti memorandum və ya mərhələli saziş üzərində iş aparır, lakin əsas məsələlərdə (nüvə proqramı, sanksiyalar, Hörmüz boğazı) hələ də ciddi fərqlər qalır.

Pakistan rəsmiləri hər iki tərəfə təkliflər ötürüb və "texniki detallar"ın həll olunacağını bildiriblər. ABŞ tərəfi  və İran tərəfi dialoqun davam etdiyini qeyd edir, amma son həftələrdə planlaşdırılan bəzi üz-üzə görüşlər təxirə salınıb.

Xatırladaq ki, müharibənin dayandırılması üçün atəşkəs bir neçə dəfə uzadılıb, lakin hərtərəfli sülh sazişi hələlik yoxdur. 

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUL 2026
Bütün Xəbərlər