Tailand Trampın atəşkəs bəyanatını təkzib etdi

Dünya

13.12.2025 18:15

Tailand hökuməti ABŞ Prezidenti Donald Trampın Kamboca ilə atəşkəs razılaşmasının əldə olunması barədə açıqlamasını təkzib edib və bölgədə döyüşlərin davam etdiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb. 

Tailand Xarici İşlər Nazirliyi yaydığı açıqlamada ABŞ Prezidentinin iddialarının reallığı əks etdirmədiyini bəyan edib. Eyni zamanda Tailand Müdafiə Nazirliyinin nümayəndəsi Surasant Konqsiri toqquşmaların hələ də davam etdiyini açıqlayıb.

Kamboca Müdafiə Nazirliyi isə öz növbəsində bildirib ki, Tailand bu gün səhər saatlarında da zərbələr endirməyə davam edib.

Məlumata görə, dekabrın 12-də Tramp ilə telefon danışığından sonra, lakin prezidentin sosial şəbəkələrdə paylaşımından əvvəl Tailandın Baş naziri Anutin Çarnvirakul Vaşinqtona ölkəsinin mövqeyini bir daha çatdırıb. O qeyd edib ki, Kamboca Tailandın suverenliyinə təhlükə yaratmaqdan imtina etməyənədək hərbi əməliyyatlar davam edəcək.

Qiymət Mahir

TodayPress TV

tag: Tailand,Tramp,Atəşkəs,Bəyanat,Todaypress.tv,