Slovakiya Ukrayna ilə sərhədini yenidən açdı
Slovakiya tərəfi Ukrayna ilə sərhəddəki nəzarət-buraxılış məntəqələrində fəaliyyətini bərpa edib.
TodayPress TV xəbər verir ki, bu barədə Slovakiya Maliyyə İdarəsi məlumat yayıb.
"Ukrayna ilə sərhəddəki buraxılış məntəqələri təxminən saat 17:00-dan (Bakı vaxtı ilə saat 19:00) etibarən açıqdır", - deyə açıqlamada bildirilib.
Xatırladaq ki, departament Ukrayna ilə sərhədin saat 15:00-dan (Bakı vaxtı ilə 17:00) "təhlükəsizlik səbəbi ilə" bağlandığını bildirmişdi.
Aysel Mətləb