"Siz həmin cəhənnəmə bizdən daha yaxınsınız..."
Almaniya kansleri Fridrix Merts Sosial Demokrat Partiyasını (SPD) Berlində seçkilərdə birinci olan “Sol” (“Die Linke”) partiyası ilə koalisiya quracağı təqdirdə sərt şəkildə xəbərdar edib.
TodayPress TV xəbər verir ki, Merts bu fikirləri Bundestaqdakı Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı (CDU/CSU) fraksiyasının qapalı iclasında səsləndirib.
Məlumata görə, kansler 2025-ci ilin əvvəlində SPD-nin CDU-ya qarşı səsləndirdiyi tənqidləri xatırladıb. Həmin vaxt sosial-demokratların Bundestaqdakı fraksiya rəhbəri Rolf Mützenix miqrasiya qanunvericiliyi ilə bağlı səsvermədə sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının səslərindən istifadə edilməsinə görə Merzi tənqid edərək onun “cəhənnəmə qapını açdığını” bildirmişdi.
Merz isə hazırda SPD-nin həmin “cəhənnəmə” CDU-dan daha yaxın olduğunu deyib və partiyanı Berlində “Sol”la koalisiya qurmayacağını “birmənalı şəkildə” açıqlamağa çağırıb.
Qiymət Mahir