Seutada miqrant böhranı məhkəməyə çatdı, şəhər rəhbəri çağırıldı

Seutada miqrant böhranı məhkəməyə çatdı, şəhər rəhbəri çağırıldı
16.09.2026 19:43 Dünya

İspaniyanın Seuta muxtar şəhərinin hökumət rəhbəri Xuan Xesus Vivas şəhərdəki miqrasiya böhranı ilə bağlı iş üzrə şahid qismində ifadə vermək üçün məhkəməyə çağırılıb.

TodayPress TV xəbər verir ki, bu barədə İspaniyanın Milli Məhkəmə Kollegiyasının mətbuat relizində məlumat verilib.

Məlumata görə, hakim Mariya Tardon iyulun 30-u və 31-də miqrantların Mərakeşdən Seutaya kütləvi qanunsuz daxil olması ilə bağlı araşdırılan iş üzrə Seuta muxtar şəhərinin hökumət sədri Xuan Xesus Vivas və hökumət nümayəndəliyi aparatının keçmiş rəhbəri Qonsalo Sansı şahid qismində ifadə verməyə çağırıb.

Xatırladaq ki, iyulun sonunda on minlərlə qanunsuz miqrant şəhəri Mərakeşdən ayıran dalğaqıranı dolanaraq üzməklə və dayazlıqla Seutaya çata bilib. Böhran səbəbindən Madrid yaşayış məntəqəsində təhlükəsizliyin təmin edilməsinə kömək üçün hərbçiləri cəlb etmək qərarına gəlib.

Hakimiyyətin qiymətləndirmələrinə görə, şəhərə 80 minə qədər insan daxil ola bilərdi, lakin qanunsuz miqrantların mütləq əksəriyyətinin artıq Mərakeşə qayıtdığı ehtimal olunur.

Aysel Mətləb

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər