Trampın oğlunun toyunda Rusiya izi: ABŞ niyə araşdırmadan geri çəkildi?
ABŞ Baş prokuroru Todd Blanş Rusiya biznesmeni Umar Kremlyovun Donald Trampın oğlunun toy mərasiminin bir hissəsini maliyyələşdirməsi ilə bağlı araşdırma aparılmasını planlaşdırmadıqlarını açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.
Blanş bildirib ki, hazırda araşdırma aparılması üçün əsas görmür və qanun pozuntusunun baş verdiyini göstərən hər hansı məlumata malik deyil.
Qeyd edək ki, daha əvvəl Kremlə yaxın olduğu bildirilən biznesmen Umar Kremlyovun Donald Trampın oğlu Donald Tramp və Bettina Andersonun Baham adalarında keçirilən toy mərasimlərinin bir hissəsinin xərclərini ödədiyi barədə məlumat yayılmışdı.
Kübra Musayeva