Putin və Paşinyan arasında xüsusi GÖRÜŞ - Nələr müzakirə ediləcək?

Putin və Paşinyan arasında xüsusi GÖRÜŞ - Nələr müzakirə ediləcək?
16.09.2026 19:10 Dünya

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan "xüsusi ayrıca ikitərəfli görüş" keçirmək barədə razılığa gəliblər.

TodayPress TV xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.

Onun sözlərinə görə, bu görüş zamanı İrəvanın Avropa İttifaqının (Aİ) üzvü olmaq istəyi və bundan irəli gələn məsələlər səmimi şəkildə müzakirə olunacaq.

Lavrov qeyd edib ki, Moskva İrəvanın öz tərəfdaşlarını və inkişaf yollarını seçməsinə mane olmaq niyyətində deyil. Lakin o, Ermənistanın Aİ-yə üzvlüyə hazırlaşmasını Avrasiya İqtisadi İttifaqından əldə etdiyi böyük güzəştlər hesabına sponsorluq etmək də istəmir və Lavrovun sözlərinə görə, bu, "kifayət qədər aydın məsələdir".

"Bütün bu və digər məqamlara baxmayaraq, Prezident Putin və Baş nazir Paşinyan Bişkekdə görüşüblər. Onlar ayrıca ikitərəfli görüş keçirmək və bütün bunlar haqqında səmimi danışmaq barədə razılaşıblar", - deyə XİN başçısı məlumat verib.

Aysel Mətləb

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər