Yaponiya potensial müharibəyə hazırlaşır: 52 min aparat, milyardlarla dollar

Yaponiya potensial müharibəyə hazırlaşır: 52 min aparat, milyardlarla dollar
16.09.2026 20:44 Dünya

Yaponiya müdafiə potensialının genişləndirilməsi çərçivəsində 2027–2031-ci illərdə müxtəlif təyinatlı 52 minə yaxın pilotsuz uçuş aparatı almağı planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Agentliyin mənbələrinin məlumatına görə, həmin 52 mindən 10 minə yaxınını quru hədəflərinə zərbə endirmək qabiliyyətinə malik uzaqmənzilli zərbə dronları, 7,5 minini isə kəşfiyyat dronları təşkil edəcək.

Həmçinin qeyd olunur ki, pilotsuz sistemlərin və süni intellekt texnologiyalarının inkişafı üçün 7 trilyon iyene yaxın (hazırkı məzənnə ilə 45 milyard ABŞ dolları) vəsaitin ayrılması nəzərdə tutulur.

Silahlı Qüvvələri potensial rəqibin ərazisindəki hədəflərə cavab zərbələri endirmək vasitələri ilə, o cümlədən uzaqmənzilli raketlərlə təmin etmək üçün 9 trilyon iyendən (58 milyard ABŞ dolları) çox vəsaitin ayrılması nəzərdə tutulur. Bu, ölkənin mövcud milli təhlükəsizlik strategiyasının nəzərdə tutduğundan altı dəfə çoxdur.

Aysel Mətləb

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər