Avropa Rusiyaya qarşı hərəkətə keçdi

Avropa Rusiyaya qarşı hərəkətə keçdi
16.09.2026 20:10 Dünya

Avropa İttifaqı Rusiyadan gələn hibrid təhdidlərə qarşı Ukrayna və digər tərəfdaşların da iştirak edəcəyi yeni təhlükəsizlik formatı yaratmağı təklif edib.

TodayPress TV bu barədə xarici mediaya istinadla xəbər verir.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Avropa Parlamentində çıxışı zamanı bildirib ki, mümkün insidentlərə cavab tədbirləri ilə bağlı təcili şəkildə ümumi razılaşmanın əldə olunmasına ehtiyac var.

Təklifə əsasən, yeni təhlükəsizlik mexanizminə Ukrayna ilə yanaşı Böyük Britaniya, Norveç, Kanada və digər maraqlı tərəflərin də cəlb edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Avropa təhlükəsizlik şurasının yaradılması ideyası uzun illərdir müzakirə olunur. Lakin ABŞ-nin təhlükəsizlik təminatlarının etibarlılığı ilə bağlı yaranan suallar və regionda son onilliklərin ən böyük münaqişəsi bu təşəbbüsə yeni təkan verib.

Fon der Lyayen Avropanın təhlükəsizliyinin bölünməz olduğunu vurğulayıb və qitənin üzləşdiyi təhdidlərə qarşı birgə fəaliyyətin vacibliyini qeyd edib.

Kübra Musayeva

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər