Serbiya Brüssel sammitində təmsil olunmayacaq – İştirakdan imtina edildi
Serbiyanın prezident səlahiyyətlərini icra edən, ölkənin parlament sədri Aleksandar Çupiç Aİ və Qərbi Balkan ölkələrinin sammitində iştirak etmək üçün Brüsselə getməyəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Aİ-nin Serbiyadakı daimi nümayəndəliyi məlumat yayıb.
“Cənab Çupiç gələn həftə keçiriləcək Aİ və Qərbi Balkan ölkələrinin sammitində iştirak edə bilməyəcəyinə görə təəssüfünü bildirib, lakin yeni rəhbərliyin Avropa İttifaqı ilə əməkdaşlığa nə qədər böyük əhəmiyyət verdiyini bir daha vurğulayıb”, – deyə nümayəndəlikdən bildirilib.
Avropa İttifaqının rəhbərliyinin və Qərbi Balkan ölkələrinin nümayəndələrinin iştirakı ilə keçiriləcək sammit noyabrın 25-də Brüsseldə baş tutacaq.
Aysel Mətləb