SEPAH: ABŞ bazalarına cavab zərbələri endirildi

SEPAH: ABŞ bazalarına cavab zərbələri endirildi
27.06.2026 11:39 Dünya

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin regiondakı hərbi mövqelərinə zərbələr endirdiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, SEPAH-ın yaydığı bəyanatda ABŞ ordusunun dislokasiya məntəqələrinin hədəf alındığı bildirilib.

Qurum əməliyyatın ABŞ-nin İrana qarşı həyata keçirdiyi gecə hücumuna cavab olduğunu qeyd edib.

Bəyanatda vurğulanır ki, “lazımi cavab verilib” və əgər hücumlar təkrarlanarsa, cavabın daha geniş miqyaslı olacağı istisna edilmir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUN 2026
Bütün Xəbərlər