Səfərbərlikdən yayınmaq üçün yepiskopa müraciət etdilər - DETALLAR
Ukraynada yepiskop hərbi səfərbərlikdən yayınmağa kömək etməkdə ittiham olunub.
TodayPress TV xəbər verir ki, 2023–2025-ci illərdə yepiskop Kirill əlbir olduğu şəxslərlə birlikdə hərbi xidmətə çağırış yaşında olan şəxslərə saxta diakon və din xadimi vəsiqələri verib.
Məlumata görə, həmin şəxslərin dini fəaliyyətlə məşğul olmaq niyyəti olmayıb. Yepiskop 2023-cü ilin iyunundan etibarən ümumilikdə 291 diakon vəsiqəsi təqdim edib. Xidmətin qiyməti əvvəlcə 1000 dollar olub, daha sonra 2000 dollara yüksəlib.
İvano-Frankivsk vilayətində məhkəmə yepiskopu “Ukrayna Silahlı Qüvvələrinin qanuni fəaliyyətinə mane olmaqda” təqsirli bilib.
2026-cı ilin martında yepiskop təqsirini etiraf etməsi barədə razılaşma imzalayıb. Onun əlilliyi və Ukrayna Silahlı Qüvvələrinə yardım məqsədilə 500 min qrivna vəsait köçürməsi yüngülləşdirici hallar kimi nəzərə alınıb.
Məhkəmənin qərarı ilə yepiskopa 3 il sınaq müddəti təyin edilib.
Kübra Musayeva