Rusiyadan Paşinyanı bitirən sinsi plan: 80 min nəfərlik "ordu" İrəvanı ələ keçirəcək

Rusiyadan Paşinyanı bitirən sinsi plan: 80 min nəfərlik "ordu" İrəvanı ələ keçirəcək
15.05.2026 13:11 Dünya

Rusiya 80.000-ə yaxın Ermənistan vətəndaşının parlament seçkilərində iştirakını təmin etmək üçün onların İrəvana səyahətini pulsuz təşkil etmək niyyətindədir. Onların İrəvana pulsuz daşınmasının planlaşdırılması siyasi məqsədlərlə əlaqələndirilir.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

İddialara əsasən, bu addım seçki prosesinə təsir göstərmək və Ermənistanın Baş naziri Nikol Paşinyanı hakimiyyətdən devirmək cəhdi kimi qiymətləndirilir.

Bu təşəbbüs Ermənistan daxilində seçki mühitinə kənar müdaxilə kimi müzakirələrə səbəb olub.

Nicat Osmanlı

TodayPress TV

XƏBƏR LENTİ
11 IYUL 2026
Bütün Xəbərlər