Rusiyadan Kiyevə KÜTLƏVİ HÜCUM: "İsgəndər-K" raketləri... - VİDEO
Dünya
14.05.2026 09:35
Rusiya Ukraynanın paytaxtı Kiyev şəhərinə kütləvi pilotsuz uçuş aparatları ilə hücum edib. Hücum nəticəsində yaşayış binalarında və paytaxtın müxtəlif rayonlarında ciddi dağıntılar qeydə alınıb.
TodayPress TV xəbər verir ki, Darnitski rayonunda çoxmərtəbəli yaşayış binasına zərbə endirilməsi nəticəsində uçqun baş verib.
Dağıntılar altından 10 nəfər xilas edilib, hazırda ərazidə axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Məlumata görə, şəhərin digər rayonlarında da avtomobillər, qarajlar, yaşayış binaları və infrastruktur obyektləri zədələnib, bir sıra ərazilərdə yanğınlar baş verib. Yaralıların olduğu bildirilir.
Qeyd olunub ki, Kiyevə qarşı “İskəndər-K” qanadlı raketləri və “Xəncər” hipersəs raketlərindən istifadə təhlükəsi də qalır. Bildirilir ki, paytaxta və ətraf bölgələrə doğru daha 50-yə yaxın pilotsuz uçuş aparatı hərəkət edir.
Məlumata əsasən, Rusiya son 24 saat ərzində Ukraynaya qarşı 1000-dən çox pilotsuz uçuş aparatı buraxıb.
Nicat Osmanlı
tag: Rusiya,Ukrayna,Kiyev,PUA,Hücum,Todaypress.tv,
