Rusiya təyyarələrində bort interneti tətbiq oluna bilər
Dünya
13.12.2025 14:30
“Rusiya Mülki Aviasiya Agentliyi (Rosaviasiya) yerli istehsalçılarla birlikdə sərnişinlərə bortda internet xidməti göstərilməsi üçün hava gəmilərinin xüsusi terminallarla təchiz olunması məsələsini müzakirə edir”.
TodayPress TV xəbər verir ki, bu barədə “TASS”a Rosaviasiyanın rəhbəri Dmitri Yadrova istinadən məlumat verilib.
Onun sözlərinə görə, məsələ “Büro 1440” tərəfindən həyata keçirilən aşağıorbitli peyk qruplaşmasının yaradılması layihəsi çərçivəsində nəzərdən keçirilir. Layihənin məqsədi gələcəkdə sərnişinlərə təyyarə bortunda internet xidmətinin təqdim olunmasını təmin etməkdir.
Dmitri Yadrov bildirib ki, Rosaviasiya layihəni sertifikatlaşdırma prosedurları baxımından müşayiət edir, çünki istifadə olunacaq terminallar müəyyən texniki tələblərə cavab verməlidir. Bu baxımdan avadanlığın quraşdırılması hava gəmisinin konstruksiyasında müəyyən dəyişiklikləri də tələb edə bilər.
Qiymət Mahir
tag: Rusiya,Təyyarə,Bort,İnternet,Todaypress.tv,
