Rus tankları İrəvan yolunda? - İddialar qorxuducudur

Rus tankları İrəvan yolunda? - İddialar qorxuducudur
14.05.2026 17:22 Dünya

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə rəhbərliyinin Rusiyanın Gümrüdəki 102-ci hərbi bazadan istifadə edərək öz vətəndaşlarını qorumaq məqsədilə mümkün addımlar atacağı ilə bağlı narahatlığının olmadığını bildirib.

TodayPress TV xəbər verir ki, Nikol Paşinyan bu barədə "aysor.am"a açıqlamasında danışıb.

“Rusiya bazası, Rusiyada hansı qanunların qüvvədə olmasından asılı olmayaraq, Ermənistan qanunvericiliyi çərçivəsində və Ermənistanın yurisdiksiyası altında fəaliyyət göstərməlidir”, — deyə Paşinyan bildirib.

Qeyd edək ki, Rusiyanın 102-ci hərbi bazası Ermənistanın Gümrü şəhərində yerləşir.

Qiymət Mahir

XƏBƏR LENTİ
12 IYUL 2026
Bütün Xəbərlər