Rus oliqarxların siyahıdan çıxarılması Aİ-ni ikiyə böldü

Rus oliqarxların siyahıdan çıxarılması Aİ-ni ikiyə böldü
23.09.2026 11:10 Dünya

Avropa İttifaqının iqtisadiyyat üzrə komissarı Valdis Dombrovskis Aİ-də Rusiyaya qarşı tətbiq olunan sanksiyalarla bağlı müəyyən yorğunluğun yarandığını bildirib.

TodayPress TV xəbər verir ki, Dombrovskis “Euractiv” portalına müsahibəsində “Rusiya-Ukrayna münaqişəsinin beş il davam etməsindən sonra müəyyən yorğunluq var” deyib.

O, bu fikri rusiyalı sahibkarlar Əlşər Usmanov və Mixail Fridmanın, həmçinin Krım Federal Universitetinin keçmiş rektoru Andrey Falaleyevin Aİ-nin Rusiyaya qarşı sanksiya siyahısından çıxarılmasını şərh edərkən səsləndirib.

Dombrovskisin sözlərinə görə, yaxın vaxtlarda sanksiyaların tətbiqi ilə bağlı qərarların qəbulunda yekdillik prinsipinin dəyişdirilməsi mümkün görünmür. Buna baxmayaraq, Almaniya hökuməti və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bu prinsipin dəyişdirilməsini tələb ediblər.

Qiymət Mahir

XƏBƏR LENTİ
23 SENTYABR 2026
Bütün Xəbərlər