Rostov vilayətinə kütləvi dron hücumu: Yaşayış binaları zədələndi
Rusiya rəsmilərinin məlumatına görə, sentyabrın 18-nə keçən gecə Ukrayna dronları Rostov vilayətinə hücum edib.
TodayPress TV xəbər verir ki, Vilayətin qubernatoru Yuri Slyusarın sözlərinə görə, bölgə üzərində 50-dən çox dron məhv edilib.
İlkin məlumatlara görə, hücumun əsas hədəfi yenidən şəhərdəki hərbi aerodrom ola bilər.
Hücum nəticəsində xəsarət alan olmayıb. Azov şəhərində beş fərdi ev və bir avtomobil zədələnib. Neklinovski rayonunda isə səkkiz çoxmənzilli binanın dam örtüyü və pəncərələrinə ziyan dəyib.
Moskva meri Sergey Sobyanin isə bildirib ki, sentyabrın 17-si axşamdan etibarən Moskva istiqamətində 350-dən çox dron uçub. Onun sözlərinə görə, dronların əksəriyyəti şəhərdən uzaqda məhv edilib, Moskva yaxınlığında isə 64 dron vurulub. Mer şəhərdə hər hansı ziyan və ya tələfat barədə məlumat verməyib.
Qeyd edək ki, sentyabrın 17-də də Rostov-na-Donu kütləvi dron hücumuna məruz qalmışdı. Şəhərin bir hissəsində elektrik enerjisinin kəsildiyi bildirilmişdi.
Türkan İsgəndərli