“Mançester Siti”də Mareska fırtınası: Uğurun sirri nədir?
“Mançester Siti”nin baş məşqçisi Entso Mareska İngiltərə Liqa Kubokunun 3-cü mərhələsində “Norviç” üzərində qazanılan böyükhesablı qələbədən (5:0) sonra komandanın sükanı arxasında belə uğurlu başlangıc gözləmədiyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
“Belə uğurlu start gözləyirdimmi? Xeyr. Səbəbi də dəfələrlə dediyim kimidir: mən bir həftədən sonrasını düşünmürəm. Bilirəm ki, bizim işimizdə bir həftə ərzində çox şey dəyişə bilər. Mövsümə başlayanda 6-7 matçdan sonra harda olacağımız barədə düşünmürdüm.
İlk gündən yalnız “Arsenal”la oyunu, sonra “Bornmut”la matçı, daha sonra isə növbəti qarşılaşmanı düşündüm. İndi bir çox şeydən razıyıq, lakin artıq “Sanderlend”lə keçirəcəyimiz oyunu düşünürük”, – deyə Mareska bildirib.
Qeyd edək ki, Mareskanın rəhbərliyi altında “Mançester Siti” 7 oyun keçirib və 6 qələbə qazanıb. “Şəhərlilər” bunlardan 4-nü Premyer Liqada, 1-ni Çempionlar Liqasında və 1-ni İngiltərə Liqa Kubokunda əldə ediblər.
Xatırladaq ki, Entso Mareska yayda Pep Qvardiolanı əvəzləyib.
Namiq HUN