Paris klubundan iddialı gediş: Ulduz futbolçular komandada saxlanılır

Paris klubundan iddialı gediş: Ulduz futbolçular komandada saxlanılır
18.09.2026 10:09 İdman

PSJ-nin hücumçusu Usman Dembele klubla müqavilənin müddətini 2030-cu ilə qədər uzatmaq ərəfəsindədir. Vinger Xvça Kvaratsxeliya isə 2031-ci ilə qədər olan yeni sözləşmə üzrə danışıqlar aparır. 

TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Abdella Bulma sosial şəbəkə hesabında məlumat verib.

Mənbənin sözlərinə görə, Fransa qrantı 21 yaşlı hücumçu Dezire Due ilə də danışıqlar aparıb, lakin hazırda bu müzakirələr qeyri-rəsmi xarakter daşıyır.

Dembelenin PSJ ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına kimidir. Kvaratsxeliyanın qüvvədə olan sözləşməsi 2029-cu ilin yayına, Duenin müqaviləsi isə 2029-cu il iyunun 30-na qədər nəzərdə tutulub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
18 SENTYABR 2026
Bütün Xəbərlər