ABŞ orbitdə “silah anbarı” qurub? - Ekspertdən diqqətçəkən açıqlama

ABŞ orbitdə “silah anbarı” qurub? - Ekspertdən diqqətçəkən açıqlama
18.09.2026 06:10 Dünya

ABŞ-nin kosmik məkanı nəzarətdə saxlamaq üçün orbitdə silahlardan istifadə imkanlarına malik olduğu bildirilib.

TodayPress TV xəbər verir ki, bu barədə “Novosti Mail” ekspert Aleksandr Yermakovun açıqlamasına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, söhbət radioelektron maneələr yaradan qurğulardan və peykləri qeyri-kinetik üsulla, məsələn, elektromaqnit impulsu ilə sıradan çıxara bilən vasitələrdən gedə bilər.

Ekspertin fikrincə, lazerlərin istifadəsi artıq dağıdıcı silahlara yaxınlaşır, çünki hədəfin yanacaq çəninə düşən zərbə partlayışa səbəb ola bilər.

Yermakov həmçinin bildirib ki, orbitdə müxtəlif ölkələrə məxsus çoxsaylı peyk-inspektorlar var və onların bəziləri silahla təchiz olunmasa belə, mühüm hədəfə çırpılmaq üçün istifadə edilə bilər.

Aysel Mətləb

XƏBƏR LENTİ
18 SENTYABR 2026
Bütün Xəbərlər