“Ləğv qərarı çox gecikdi!” – “Levante” La Liqanın biabırçı protokolunu ifşa etdi

“Ləğv qərarı çox gecikdi!” – “Levante” La Liqanın biabırçı protokolunu ifşa etdi
18.09.2026 10:28 İdman

İspaniyanın “Levante” klubunun mətbuat xidməti La Liqanın VI turunda “Atletik”lə matçın təxirə salınmasından sonra azarkeşlərə və liqanın prezidenti Xavyer Tebasa rəsmi müraciət ünvanlayıb. 

TodayPress TV xəbər verir ki, güclü leysan nəticəsində “Südad de Valensiya” stadionunun meydançası, tribunaları və soyunub-geyinmə otaqlarına gedən keçidləri su basıb.

“Levante” azarkeşlərinə fırtına zamanı göstərdikləri təmkinli davranışa görə təşəkkür edib və meteoroloji xəbərdarlıqları nəzərə alaraq oyunların vaxtı və protokollarına yenidən baxılması üçün La Liqa rəhbərliyinə müraciət edib. Klub matçın təxirə salınmasının mövsümlük abonement sahiblərinin statusuna mənfi təsir etməyəcəyinə zəmanət verib, biletlərin qaytarılması prosesinə başlayıb və oyunun yeni tarixini - 21 oktyabrı razılaşdırır.

Hadisənin ciddiliyini nəzərə alan “Levante”nin baş direktoru Xose Danvila Xavyer Tebasa rəsmi məktub göndərib. Məktubda rəsmi meteoroloji xəbərdarlıqlar fonunda matçların başlama vaxtının, oyunların dayandırılması kriteriyalarının və təxirəsalma protokollarının tam şəkildə gözlənilməsi xahiş olunur. Çünki azarkeşlərə oyunun təxirə salınması barədə məlumat yalnız matçın başlama vaxtı çatanda verilib.

İlkin qiymətləndirməyə görə, təhlükəsizlik xidməti tamaşaçıları leysan səngiyənədək örtülü zonalarda yerləşdirib və təhlükəsiz evakuasiyanı təmin edib. Turniketlərdəki sıxlığı azaltmaq üçün qapılar açıldığından, faktiki azarkeş sayının rəsmi qeydə alınan 9 min nəfərdən çox olduğu bildirilir. Abonement sahiblərinə heç bir cərimə və ya mənfi göstərici tətbiq olunmayacaq. Bilet alanlara ödənişlər 2–10 iş günü ərzində avtomatik qaytarılacaq, kassadan alanlar isə biletləri ilə müraciət edə biləcəklər.

“Levante” həmçinin Bilbao təmsilçisi “Atletik”ə və onların azarkeşlərinə göstərdikləri anlayış və dəstəyə görə xüsusi təşəkkürünü bildirib.

Namiq HUN

TodayPress TV

FOTOLAR

“Ləğv qərarı çox gecikdi!” – “Levante” La Liqanın biabırçı protokolunu ifşa etdi — 1
“Ləğv qərarı çox gecikdi!” – “Levante” La Liqanın biabırçı protokolunu ifşa etdi — 2
“Ləğv qərarı çox gecikdi!” – “Levante” La Liqanın biabırçı protokolunu ifşa etdi — 3
XƏBƏR LENTİ
18 SENTYABR 2026
Bütün Xəbərlər