Mbappedən keçmiş klubuna üstüörtülü mesaj: “Hər şeyi bilmirsiniz, amma tənqid etməyəcəyəm”

Mbappedən keçmiş klubuna üstüörtülü mesaj: “Hər şeyi bilmirsiniz, amma tənqid etməyəcəyəm”
18.09.2026 09:06 İdman

Madrid “Real”ının və Fransa millisinin hücumçusu Kilian Mbappe PSJ-də keçirdiyi son mövsüm barədə danışıb.

TodayPress TV xəbər verir ki, bu barədə “AS” nəşri məlumat yayıb. 

“PSJ-dəki son iliniz çətin keçdi?” sualına fransalı ulduz belə cavab verib:

“Əlbəttə. Hələ siz baş verənlərin hamısını bilmirsiniz. Bu, mənim həyat yolumun bir hissəsidir. İki il keçdikdən sonra kimisə tənqid etməyimin doğru olduğunu düşünmürəm. Çox çətin idi, amma artıq hər şey geridə qaldı. Bu, arzumu reallaşdırmaq üçün keçməli olduğum növbəti bir mərhələ idi”. 

Xatırladaq ki, Mbappe 2024-cü ildən “Real”ın şərəfini qoruyur. O, 2026/2027-ci illər mövsümündə bütün turnirlər daxil olmaqla keçirdiyi 7 matçda 8 qol vurub və 2 məhsuldar ötgürmə verib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
18 SENTYABR 2026
Bütün Xəbərlər