Türkiyədə ƏMƏLİYYAT: Daha bir neçə məşhur SAXLANILDI

Türkiyədə ƏMƏLİYYAT: Daha bir neçə məşhur SAXLANILDI
18.09.2026 10:13 Dünya

Türkiyədə narkotiklərlə mübarizə çərçivəsində aparılan əməliyyatda məşhur aktyor Aras Bulut İynemli və reper Sefo da daxil olmaqla bir neçə nəfər saxlanılıb.

TodayPress TV bu barədə Bakıvaxtı.az-a istinadla xəbər verir.

Məlumata görə, Bakırköy Baş Prokurorluğu ictimai sağlamlığa və təhlükəsizliyə təhdid yaradan narkotiklərlə mübarizə çərçivəsində aparılan istintaqla bağlı açıqlama yayıb.

Bəyanata görə, ictimaiyyət tərəfindən aktyor, müğənni, iş adamı, sahibkar və sosial media təsirçiləri kimi tanınan bəzi şübhəlilərin narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə etdikləri, narkotik maddələrin istifadəsinə kömək etdikləri və ya narkotik maddələrin istifadəsi üçün yerlər təmin etdikləri şübhəsini dəstəkləyən dəlillər istintaq çərçivəsində əldə edilib.

İstintaq çərçivəsində İstanbul Vilayət Jandarma Komandanlığına sentyabrın 18-də 18 şübhəlini saxlama və onların ünvanlarını axtarmaq tapşırılıb.

Şübhəlilərdən narkotik maddələrin istifadəsini müəyyən etmək üçün analiz üçün bioloji nümunələr də tələb edilib.

Şübhəlilərin jandarmada prosedurları və ifadələri tamamlandıqdan sonra, onların Bakırköy Baş Prokurorluğuna gətirilməsi üçün təlimat verilib.

Baş Prokurorluq istintaqın davam etdiyini açıqlayıb.

Saxlanılanların adları belədir:

1. Aras Bulut İYNEMLİ

2. Seyfullah SAĞIR (Sefo)

3. Melis SEZEN

4. Nilpəri ŞAHİNKAYA

5. Hande DEMİR

6. Həsən ŞAŞ

7. Melis İŞİTEN

8. Yeliz YEŞİLÇİMEN

9. Anıl DURMUŞ

10. Hazal Filiz KÜÇÜKKÖSE

11. Volkan AKÇIRAY

12. Zeynep AKÇIRAY

13. Eda GÜZELCİK

14. Sezer ÇAKIR

15. Sayat ZURNACI

TodayPress TV

XƏBƏR LENTİ
18 SENTYABR 2026
Bütün Xəbərlər