“Vilyarreal”dan möhtəşəm dönüş: “Malaqa” səfərində qara zolağa son qoyuldu!
La Liqanın 2026/2027-ci illər mövsümünün VI turu çərçivəsində “Malaqa” və “Vilyarreal” komandaları qarşılaşıb.
TodayPress TV xəbər verir ki, Malaqadakı “La-Rosaleda” stadionunda baş tutan matçda qonaqlar 3:1 hesablı qələbə qazanıblar.
Qarşılaşmanın 12-ci dəqiqəsində “Malaqa”nın hücumçusu Karlos Dotor oyunda hesabı açıb. 40-cı dəqiqədə “Vilyarreal”ın vingeri Alberto Moleyro tarazlığı bərpa edib. 45+2-ci dəqiqədə isə dayaq yarımmüdafiəçisi Pap Qeye qonaqları önə keçirib. 89-cu dəqiqədə isə Qeye penalti zərbəsini dəqiq yerinə yetirərək dublunu rəsimləşdirib.
Cari mövsümdə ilk qələbəsini qazanan “Vilyarreal” İspaniya çempionatının turnir cədvəlində 14-cü pilləyə yüksəlib. Komandanın aktivində 6 oyundan 5 xal var.
Qeyd edək ki, “Vilyarreal” UEFA Çempionlar Liqasının əsas mərhələsində Azərbaycan çempionu “Sabah”ın rəqiblərindəndir. Paytaxt təmsilçisi dekabrın 12-də “Estadio de la Cerámica”da “Vilyarreal”ın qonağı olacaq.
Namiq HUN