“Məcbur olsaydım, yenidən eynisini edərdim!” – Vassör kritik strategiya qərarından danışdı

“Məcbur olsaydım, yenidən eynisini edərdim!” – Vassör kritik strategiya qərarından danışdı
18.09.2026 10:07 İdman

“Ferrari”nin rəhbəri Frederik Vassör İspaniya Qran-prisində Şarl Lekler və Lyuis Hemilton üçün müxtəlif strategiyalardan istifadə etmək qərarını izah edib.

TodayPress TV xəbər verir ki, bu barədə “Motorsport” nəşri məlumat yayıb.

Fransalı mütəxəssis “Skuderiya”nın trekdə mübarizədən qaçmaq üçün pilotların taktikalarını qəsdən fərqləndirməsi ilə bağlı ehtimalları rədd edib.

“Baxın. Lando Norrislə Oskar Piastri də eyni addımı atdılar. Corc Rassel və Kimi Antonelli də eynisini etdilər. Maks Ferstappenlə Liam Louson da həmçinin. Düşünmürəm ki, “McLaren” Norrislə Piastrininin toqquşmasından qorxurdu.

Biz çox fərqli addımlar ata bilərdik, amma zənnimcə, bu gün bizim üçün ən yaxşı variant məhz etdiyimiz idi. Əgər bu yarış yenidən keçirilsəydi, tamamilə eyni addımı atardım. Çünki yarışın əvvəlində yumşaq təkərlərlə start götürmək mənə xüsusi bir şey etmək imkanı verməyəcəkdi. Yekunda öndəki pilotlarla eyni strategiyanı tətbiq etməli olacaqdım ki, ötürmələrin olmadığını nəzərə alsaq, bu da çox faydalı sayılmazdı. Məhz buna görə sərt və yumşaq təkərlərlə yarışmaq, həmçinin mərhələnin sonunda təhlükəsizlik avtomobilini gözləmək doğru strategiya idi. Təəssüf ki, o, treke çıxmadı, – deyə Vassör bildirib. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
18 SENTYABR 2026
Bütün Xəbərlər