8 illik gecikməyə son: VAR Belarus Yüksək Liqasına gəldi

8 illik gecikməyə son: VAR Belarus Yüksək Liqasına gəldi
18.09.2026 10:52 İdman

Belarus çempionatında Video Köməkçi Hakim (VAR) sistemi rəsmi olaraq fəaliyyətə başlayıb.

TodayPress TV Belarus Futbol Federasiyası Assosiasiyasının (ABFF) mətbuat xidmətinə istinadən xəbər verir ki, texnologiya ilk dəfə ötən istirahət günlərində Yüksək Liqanın «Dinamo» (Minsk) – «Dinamo» (Brest) matçında (0:1) tətbiq olunub.

Hazırda ABFF-nin sərəncamında VAR avadanlığı ilə təchiz olunmuş iki xüsusi avtomobil var. Bu isə o deməkdir ki, sistem ilk mərhələdə məhdud şəkildə – hər turun yalnız bir və ya iki oyununda istifadə ediləcək. Lakin gələcəkdə texnologiyanın ölkə çempionatının bütün matçlarını əhatə etməsi planlaşdırılır.

Qeyd edək ki, VAR futbolda mübahisəli epizodları video təkrar vasitəsilə nəzərdən keçirməyə imkan verən sistemdir. Bu texnologiya 2018-ci ildən rəsmi olaraq futbol qaydalarına daxil edilib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
18 SENTYABR 2026
Bütün Xəbərlər