Mbappedən futbol dünyasına mesaj: “Onlar “Real” üçün hər şeyi ediblər”
Madrid “Real”ının hücumçusu Kilian Mbappe “Kral klubu”na hansı keçmiş futbolçuları transfer etmək istədiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “AS” nəşri məlumat yayıb.
“Əgər geri qayıda bilsəydilər... Kriştianu Ronaldu, Zidan və ya Ronaldonu qaytarardım. Kriştianu qayıda bilərdi. Zizu hələ də vaxtaşırı oynayır. Ronaldo isə... ustalıq heç vaxt sönmür. Onlar “Real”ın kumirləridir. Onlar bu klub üçün çox şey ediblər və hələ də madridli azarkeşlər tərəfindən böyük hörmətlə qarşılanırlar”, – deyə Mbappe bildirib.
Qeyd edək ki, fransalı ulduz cari mövsümdə bütün turnirlər daxil olmaqla keçirdiyi 7 matçda 8 qol vurub və 2 məhsuldar ötürmə verib. Mbappenin klubla qüvvədə olan müqaviləsi 2029-cu ilin yayına kimidir.
“Transfermarkt” portalında futbolçunun bazar dəyəri 200 milyon avro qiymətləndirilir.
Namiq HUN