Makron yanacaq qiymətlərindən danışdı: “Dözülməz hala gəlib”

Makron yanacaq qiymətlərindən danışdı: “Dözülməz hala gəlib”
18.09.2026 09:02 Dünya

Fransa Prezidenti Emmanuel Makron ölkədə yanacaq qiymətlərinin kəskin artmasını şərh edib. O, yanacaqdoldurma məntəqələrindəki qiymətləri “dözülməz” adlandırıb.

TodayPress TV xəbər verir ki, Makron bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

O, açıqlamanı Livan Prezidenti Cozef Aun və İordaniya Kralı II Abdullah ilə görüşdən sonra yayımlayıb.

Prezidentin sözlərinə görə, dəniz yollarının blokadası artıq insanların gündəlik həyatına təsir göstərir və bunun nəticələri Fransada yanacaqdoldurma məntəqələrində də hiss olunur.

Makron həmçinin Hörmüz boğazı, Qırmızı dəniz və Bab əl-Məndəb boğazında naviqasiya azadlığının təmin edilməsinin vacibliyini vurğulayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
18 SENTYABR 2026
Bütün Xəbərlər